“Formula 1” üzrə Azərbaycan Qran-prisinin Könüllü Proqramının növbəti mərhələsi uğurla yekunlaşıb

Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisinin Könüllü Proqramının növbəti mərhələsi uğurla yekunlaşıb.

Bu barədə “Report”a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bu il könüllü olmaq üçün cəmi 48 saat ərzində 31 mindən çox müraciət daxil olub. Onlardan təxminən 16 min namizəd ərizəsini uğurla tamamlayaraq müsahibə mərhələsində iştirak edib.

Səkkiz həftə ərzində intensiv şəkildə həyata keçirilən müsahibələr çərçivəsində yüzlərlə görüş baş tutub və namizədlər müxtəlif istiqamətlər üzrə qiymətləndiriliblər. Müsahibə mərhələsinin nəticələri yaxın günlərdə namizədlərin şəxsi kabinetlərinə yerləşdiriləcək.

Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More