Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionatında komanda sayı 9-a çata bilər.
Bunu “Report”a açıqlamasında Azərbaycan Voleybol Federasiyasının preizdenti Şahin Bağırov deyib.
O, növbəti mövsümdən qadınların yarışında komanda sayının artacağını bildirib:
“Hazırda 8 komandalı çempionat üzərində işləyirik. Bildiyiniz kimi, əvvəllər bu rəqəm 6-ya bərabər idi. Lakin ola bilər ki, say 9-a çatsın. Amma bu dəqiq deyil. Azərbaycanda voleybolun inkişafı göz qabağınadır. İnanıram ki, istədiyimiz hədəflərə çatacağıq”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.