Azərbaycan Cüdo Federasiyasında Milli Mətbuat Günü qeyd olunub

22 iyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən tədbir təşkil edilib.

“Report”un məlumatına görə, mərasimdə media nümayəndələri və federasiya rəsmiləri iştirak ediblər.

ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu jurnalistləri təbrik edib.

O, 2024-cü ilin Azərbaycan cüdosu üçün önəmli hadisələrlə yadda qaldığını söyləyib. Ardınca tatamidə kata nümayiş olunub.

Tədbir əyləncəli oyunlarla davam edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More