“Bavariya” qapıçısını digər Bundesliqa klubuna icarəyə yola salıb

Almaniya təmsilçisi “Bavariya” qapıçısı Daniel Peretsi digər Bundesliqa kollektivi “Hamburq”a icarəyə yola salıb.

“Report” xəbər verir ki, bu barədə münhenlilərin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı qolkiperin icarə müddəti 2025/2026 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, isralli Daniel Perets 2023-cü ildə “Makkabi”dən (Tel-Əviv) “Bavariya”ya transfer olunub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More