“Bəyənmədiyiniz siyasi qüvvəni gözdən salmaq üçün ona rusiyapərəst damğası vurursunuz. Bu, sadə və dəyişməz bir əlyazmadır.”
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Rustavi 2” telekanalına müsahibəsində deyib.
O, beynəlxalq və yerli siyasi dairələrdə aparılan dezinformasiya kampaniyalarına toxunub.
“Müxtəlif ölkələrdə müəyyən siyasi qrupları gözdən salmaq üçün onlara “rusiyapərəst” damğası vurmaq klassik taktikadır. Bu yanaşma “dərin dövlətin dəsti-xətti”dir”.
Baş nazirin sözlərinə görə, Gürcüstanda bu cür kampaniya hələ 2011-ci ildə hakim partiyanın əsas qurucusu Bidzina İvanişvili siyasətə gəlməzdən əvvəl başlayıb.
O əlavə edib ki, bu cür ritorika sonradan “Qlobal Müharibə Partiyası” termini ilə əvəzlənib və bu yanaşma ABŞ-da “Dərin Dövlət” anlayışı ilə eyniləşdirilir.
“Eyni ssenari müxtəlif ölkələrdə tətbiq edilir. Məsələn, Macarıstanın baş naziri Viktor Orban da rusiyayönlü siyasətçi kimi təqdim olunur, halbuki ölkədə bu cür meyllər müşahidə olunmur”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.