Ukraynanın xarici işlər naziri Andrey Sibiqa İstanbulda Rusiya tərəfi ilə substantiv görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.
“Report”un “İnterfkas-Ukraina”ya istinadən verdiyi xəbərə görə, bunu o, Kiyevdə fransalı həmkarı Jan-Noel Barro ilə birgə mətbuat konfransında deyib.
“Bu görüşlərin məzmunlu olması çox vacibdir ki, qarşı tərəfin əsas məsələləri müzakirə etmək mandatı olsun: müharibəni bitirmək, barışıq əldə etmək. Biz bunu hələ görmürük”, – deyə o bildirib.
Nazir xatırladıb ki, Ukrayna tərəfinin təkliflərindən biri liderlər səviyyəsində görüşün keçirilməsidir:
“Prezident Vladimir Zelenski və Rusiya lideri Vladimir Putin ABŞ Prezidenti Donald Tramp, Avropa dövlətlərinin rəhbərləri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə liderlər səviyyəsində görüş keçirilməlidir. İnanırıq ki, belə bir inkişaf, şübhəsiz ki, atəşkəsə nail olunmasının gələcək dinamikasına təsir göstərəcək”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.