“Air India” təyyarəsi enişdən sonra alovlanıb

Honq-Konqdan Yeni Dehliyə uçan “Air India” şirkətinə məxsus “Airbus A321” təyyarəsi İndira Qandi Beynəlxalq Hava Limanına (Hindistan, Yeni Dehli – red.) endikdən sonra alovlanıb.

“Report” xəbər verir ki, bu barədə aviaşirkət X sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, sərnişinlər təhlükəsiz şəkildə təxliyə edilib.

Enişdən sonra göyərtədəki sərnişinlər artıq enməyə başlayanda təyyarənin quyruq hissəsində yerləşən köməkçi enerji blokunda yanğın baş verib. “Təyyarəyə ziyan dəyib, lakin sərnişinlər və ekipaj üzvləri normal şəkildə eniş ediblər”, – məlumatda bildirilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More