Suriya hakimiyyəti ölkənin cənubundakı Əs-Suveyda vilayətində vəziyyətin gərginləşməsi zamanı törədilmiş qətlləri araşdırmaq üçün komitə yaradıb və bütün cinayətkarları məsuliyyətə cəlb edəcək.
“Report”un məlumatına görə, bu barədə Suriyanın keçid hökumətinin Müdafiə Nazirliyinin media ilə əlaqələr idarəsi məlumat verib.
Qurumun rəsmi “Telegram” kanalında dərc edilmiş bəyanata əsasən, Müdafiə Nazirliyi “Əs-Suveyda şəhərində hərbi formada olan naməlum qrup tərəfindən törədilmiş ciddi pozuntular barədə məlumatları izləyib”.
“Əs-Suveyda şəhərində qanun pozuntularını törədənlərə qarşı şəxsiyyətləri müəyyən edilərək maksimum cəza tədbirləri tətbiq ediləcək”, – bəyanatda vurğulanır.
Bildirilib ki, hərbi pozuntular üzrə komitənin araşdırmasını şəxsən müdafiə naziri Murxaf Abu Kasra izləyəcək.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.