ABŞ Filippin ilə ticarət sazişi imzalayıb.
“Report”un məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial platformasında bildirib.
Onun paylaşımından məlum olur ki, Filippin prezidenti Ferdinand Markosun Vaşinqtona səfərinin nəticəsi olaraq ölkələr “ticarət sazişi imzalayıblar” və bu sazişin şərtlərinə görə Filippin ABŞ ilə münasibətlərində “açıq bazar və sıfır rüsum” siyasətinə riayət edəcək.
“Filippin 19% həcmində rüsum ödəyəcək. Bundan əlavə, biz hərbi sahədə əməkdaşlıq edəcəyik”, – Tramp əlavə edib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.