“Fiorentina”nın əfsanəsi evində ölü tapılıb

İyulun 22-də “Fiorentina”nın sabiq müdafiəçisi Selesta Pinin cəsədi evində tapılıb.

“Report” xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” yazır.

64 yaşlı əfsanəvi futbolçu ilə əlaqənin olmamasından narahat olan qohumu onun evinə baxış keçirib və cansız bədənini görüb.

Qadın dərhal polisə zəng edib.

Nəzərdən keçirilən versiyalardan biri intihar olsa da, hüquq-mühafizə orqanları digər halları da istisna etmir.

Pin “Fiorentina”nın tərkibində doqquz mövsüm keçirib, 200 oyun oynayıb. 1984-cü ildə İtaliyanın U21 komandasının tərkibində gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb.

2022-ci ildə onun adı Florensiya təmsilçisinin şöhrət zalına daxil edilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More