UEFA Çempionlar Liqası: “Qarabağ” ilk görüşünü keçirəcək

“Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununa bu gün çıxacaq.

“Report”un məlumatına görə, son Azərbaycan çempionu səfərdə İrlandiyanın “Şelburn” klubu ilə üz-üzə gələcək.

Xorvatiyalı referi Ante Kulinanın idarə edəcəyi matç Dublindəki “Tolka Park” arenada, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

23 iyul

22:45. “Şelburn” (İrlandiya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Ante Çulina (Xorvatiya).

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Bakıda keçiriləcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More