Cəlilabadın Göytəpə şəhərində qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib.
“Report”un Muğan bürosunun məlumatına görə, reyd aidiyyəti dövlət qurumları tərəfindən təşkil olunub.
Reyd zamanı əhalinin gediş-gəliş yolunu kəsmiş küçə ticarəti obyektləri yığışdırılaraq, piyada səkiləri təmizlənib.
Bu tipli reydlər mütəmadi olaraq davam etdiriləcək.
Mənbə: Report.Az

Comments are closed.