Cənubi Koreyada daşqınlar nəticəsində 23 nəfər həlak olub

Cənubi Koreyada güclü yağışlar və daşqınlar nəticəsində 23 nəfər həlak olub, daha 5 nəfər itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə “The Hankyoreh” nəşri ölkənin İnzibati İdarəetmə və Təhlükəsizlik Nazirliyinə istinadən məlumat verib.

Bildirilib ki, ən çox qurban Kyonsan-Namdo əyalətindədir – 13 nəfər, Kyongidoda – 6, Çxunçxon-Namdoda – 3, Kvançu şəhərində – 1 nəfər. Kaphen qəzasında üç nəfər itkin düşüb.

Bundan əlavə, leysan və daşqınların nəticələri səbəbindən 2,2 mindən çox təxliyə edilmiş insan evlərinə qayıda bilmir.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More