Heydər Əliyevin bütün ölkələrə səfərləri barədə filmlərin hazırlanması planlaşdırılır.
“Report” xəbər verir ki, bunu “Bir səfərin izi ilə – Fransa” sənədli filminin təqdimatından əvvəl jurnalistlərə açıqlamasında layihə rəhbəri, tanınmış səyyah və jurnalist Azər Qərib deyib.
O bildirib ki, “Bir səfərin izi ilə” layihəsi çərçivəsində Ulu Öndərin səfərlərinin rəsmi yox, kulturoloji tərəflərinə toxunulur:
“Bundan əvvəl Heydər Əliyevin Çin, Yaponiya, İtaliya, Böyük Britaniya və Türkdilli dövlətlərə olan səfərlərini işıqlandırmışdıq. Bu dəfə növbə Fransaya çatdı. Çəkilişlər paytaxt Parisdə aparılıb. Hədəfimiz Ulu Öndərin bütün xarici səfərlərini əhatə etməkdir. Bu çərçivədə gələcəkdə Pakistan, Səudiyyə Ərəbistanı, ABŞ, Gürcüstan və digər ölkələrdə də çəkilişlər aparacağıq”.
Mənbə: Report.Az
Comments are closed.