SABAH qruplarının əhatəsi daha da genişləndiriləcək

SABAH qruplarına qəbul üçün plan yerlərinin sayının 15 minə çatrırılması nəzərdə tutulur.

“Report” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Nicat Məmmədli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu istimamətdə artıq addımlar atılmaqdadır:

“Dəyişikliklərin biri ondan ibraətdir ki, artıq tələbələrimiz birinci kursdan başlayaraq təhsil ala biləcəklər. Bundan sonra göstərdikləri akademik nəticəyə və DİM imtahanlarındakı göstəricilərinə əsasən müsahibə yolu ilə daha çox tələbələrimiz birinci kursdan başlayaraq Sabah qruplarında təhsil almış olacaqlar”.

Nazir müşaviri ixtisasların istiqamətləri də genişləndiriləcəyini vurğulayıb:

“Bu da təhsil keyfiyyətinin yaxşılaşdırılmasına istiqamətdə ciddi təsir göstərəcək.Daha çox tələbəmiz Sabah qruplarında təhsil ala biləcəklər”.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More