Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə dron əleyhinə vasitələrin istehsalına başlanıldığını və bu sahəyə 6 milyard dollar həcmində investisiya yatırıldığını bildirib.
“Report”un Ukrayna KİV-lərinə istinadən verdiyi məlumata görə, V.Zelenski bunu jurnalistlərlə söhbəti zamanı deyib.
“Dron əleyhinə vasitələrin istehsalı başlayıb. Müsbət və mənfi tərəflər var”, – o bildirib.
Onun sözlərinə görə, ümumi investisiya həcmi 6 milyard dollar təşkil edir.
Mənbə: Report.Az
Comments are closed.