Bahar Muradova Qusarda vətəndaşları qəbul edəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Qusarda vətəndaş qəbulu keçirəcək.

Komitədən “Report”a verilən məlumata görə, qəbulda Qusar və Quba rayon sakinlərinin müraciətlərinə baxılacaq.

Komitə sədrinin qəbulu avqustun 1-i, saat 11:00-da Qusar rayon Heydər Əliyev Mərkəzində baş tutacaq.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More