Rusiyanın Amur vilayətində “An-24” təyyarəsinin qəzaya uğradığı yerdə qara qutular aşkar edilib.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.
“Qəza yerində qara qutular aşkar edilib, yaxın vaxtlarda onlar deşifrə üçün Moskvaya çatdırılacaq”, – nazirliyin məlumatında bildirilib.
Vilayətdə üçgünlük matəm elan edilib.
Qeyd edək ki, Xabarovsk-Blaqoveşensk-Tında marşrutu ilə hərəkət edən təyyarədə 42 sərnişin (onlardan 5-i uşaq) və 6 ekipaj üzvü olub. Onlardan heç biri sağ qalmayıb.
Mənbə: Report.Az
Comments are closed.