2021-2024-cü illərdə İsrail və Azərbaycan arasında qeyri-neft-qaz sektoru üzrə ticarət iki dəfə artıb.
“Report” xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.
“Biz bu illər ərzində qeyri-enerji sektorlarında ticarətin dəyəri 121 milyon ABŞ dollarından 243 milyon ABŞ dollarına qədər artırdıq”, – diplomat bildirib.
Diplomat, İsraildən Azərbaycana turist axınının sürətli artım yaşadığını vurğulayıb: “Bu il Azərbaycana rekord sayda – 50 minə yaxın israilli turist gələcəyini gözləyirik. Bu göstərici iki dəfə arta bilər. Hazırda AZAL İsrayilə həftədə 14 reys həyata keçirir. Bu, turizm tariximizdə misli görünməmiş haldır”.
Səfir, həmçinin dövlətlər arasında enerji əməkdaşlığının da fəal şəkildə inkişaf etdiyini vurğulayıb.
“Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) İsrailə strateji investisiyalar edərək, ən böyük qaz yataqlarımızdan biri olan “Tamar”da 10 % pay əldə edib və BP ilə birlikdə İsrailin I zonasında şelfdə qazın kəşfiyyatı üçün tenderi qazanıb”, – C.Dik deyib.
Diplomat, həmçinin qeyd edib ki, İsrailin su təsərrüfatı şirkəti “Mekorot” Azərbaycanın su təsərrüfatı qurumu ilə sıx əməkdaşlıq edir.
Mənbə: Report.Az
Comments are closed.