“MLS Ulduzlar matçı”nı buraxan Messi və Alba cəza alıb

“İnter Mayami”nin lideri Lionel Messi “MLS Ulduzlar matçı”nı buraxdığı üçün bir oyunluq diskvalifikasiya edilib.

“Report” xəbər verir ki, bu barədə liqanın saytında məlumat yer alan məlumatda deyilir.

Messinin komanda yoldaşı Jordi Alba da eyni cəzanı alıb.

Messi və Alba azarkeşlərin və medianın səsverməsi nəticəsində MLS komandasının heyətinə seçilib.

“Ulduzlar matçı” iyulun 23-də Ostində keçirilib. MLS komandası Meksika çempionatının yığması ilə qarşılaşıb. ABŞ liqasının millisi 3:1 hesablı qələbə qazanıb.

MLS qaydalarına görə, “Ulduzlar matçı”nda iştirak etməkdən imtina edən (tibbi göstərişlər xaric – red.) futbolçular bir oyunluq diskvalifikasiya alır.

Messi və Albanın yorğunluq səbəbindən matçı buraxdığı deyilir.

Diskvalifikasiya səbəbindən futbolçular bazar günü MLS-in müntəzəm çempionatında “Sinsinati”yə qarşı keçiriləcək matçda oynaya bilməyəcəklər.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More