Saratovda partlayış nəticəsində ölənlərin sayı artıb

Rusiyanın Saratov vilayətində yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

“Report”un məlumatına görə, xilasedicilər beton qalıqlar altından daha bir cəsəd aşkar ediblər.

Daha əvvəl məlumat verildiyi kimi, dağıntılar altında daha dörd nəfər – üç böyük və bir uşaq ola bilər. Onların yeri hələlik müəyyən edilməyib, rəsmi olaraq itkin düşmüş hesab olunurlar.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin, polisin və tibb işçilərinin əməkdaşları işləyirlər. Mütəxəssislər dağıntılar altında qalan insanları maksimum sürətlə çıxarmaq üçün xüsusi texnikanın cəlb edilməsi ilə dağıntıların təmizlənməsini davam etdirirlər.

Operativ xidmətlər yeni qurbanların qarşısını almaq və zərərçəkənlərə yardım göstərmək üçün sutka boyu işləyirlər.

18:00

Rusiyanın Saratov vilayətində məişət qazının partladığı yaşayış binasının dağıntıları altından beşinci meyit çıxarılıb.

“Report” yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin baş idarəsi məlumat yayıb.

Ölənlər arasında bir uşaq var.

Bildirilib ki, yeddi nəfər tibbi yardım üçün müraciət edib, onlar ambulator müalicə alırlar.

Hadisə yerində dağıntıların təmizlənməsi davam edir, xilasedicilər və kinoloqlar işləyirlər.

Qeyd edək ki, daha əvvəl dörd nəfərin öldüyü bildirilmişdi.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More