“Avropa Cüdo Ümidləri” turnirində əsas məqsədlərdən biri kodakan seminarlarının keçirilməsidir.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Avropa Cüdo Ümidləri” beynəlxalq turniri çərçivəsində Azərbaycan Cüdo Federasiyasının (ACF) idman direktoru və baş katibin müavini Kamran Talıbov jurnalistlərə açıqlamasında deyib.
O, turnirin məqsədlərindən danışıb:
“Avropa Cüdo Ümidləri” turnirinin iki gün ərzində keçirilməsi nəzərdə tutulub. Bu müddət ərzində yarışdan əlavə, seminarların da keçirilməsi nəzərdə tutulub. Yarışın əsas məqsədlərindən biri seminarların da təşkil olunmasıdır”.
Qeyd edək ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirə iyulun 27-də yekun vurulacaq.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.