Azad edilmiş ərazilərdə növbəti yanğın hadisəsi Şuşa rayonu Qala Dərəsi adlanan ərazidə baş verib.
“Report”un Qarabağ bürosunun xəbərinə görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb olunub.
Yanğının meşə ərazisinə keçməsinin qarşısını alıb. Aparılan işlər nəticəsində yanğın söndürülüb.
Hadisə şahidlərinin bildirdiyinə görə, yanğın nəticəsində ərazidə bir neçə mina partlayışı da müşahidə edilib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.