Ermənistana təbii qazın verilişi bu gün günorta saatlarında bərpa edilib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” məlumat yayıb.
Qeyd edək ki, Ermənistana qazın verilməsi Gürcüstan ərazisində “Şimali Qafqaz – Cənubi Qafqaz” tranzit magistral qaz kəmərinin “Qazax – Saquramo” hissəsində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar müvəqqəti olaraq dayandırılmışdı.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.