Tailand bir gündə iki dəfə Kamboca mövqelərinə hücum edib – YENİLƏNİB

Tailand Hərbi Hava Qüvvələri sərhəd bölgələrində Kamboca silahlı qüvvələrinin mövqelərinə hava zərbələri endirib.

“Report” xəbər verir ki, bu barədə “The Nation” qəzeti məlumat yayıb.

Bu məqsədlə bir gündə iki dəfə “F-16” və “JAS 39 Gripen” qırıcılarından istifadə edilib.

Bildirilir ki, tapşırıqları yerinə yetirdikdən sonra bütün döyüş təyyarələri bazalarına qayıdıblar.

09:26

Tailand Kamboca ərazilərinə hücum əməliyyatlarını genişləndirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kamboca Milli Müdafiə Nazirliyinin mətbuat katibi general-leytenant Mali Soçxeat bildirib.

Onun sözlərinə görə, iyulun 24-dən bəri Tailand qoşunları təkcə Kambocanın hərbi mövqelərinə deyil, həm də məktəblər, yanacaqdoldurma məntəqələri və yaşayış məntəqələri də daxil olmaqla mülki obyektlərə zərbələr endirir. Bu hücumlarda ağır döyüş sursatları və hərbi texnikadan, o cümlədən F-16 qırıcıları və kaset bombalarından istifadə edilib.

Bununla yanaşı, Tailand Kambocada Kaxkonq və Pousat əyalətləri ilə həmsərhəd olan Trat və Çantxaburi əyalətlərinin bir sıra rayonlarında hərbi vəziyyət elan edib və Bontey-Miençey əyaləti ilə sərhəd boyunca əlavə qoşun yerləşdirib. “Bu addımlar Tailandın münaqişəni genişləndirmək və Kambocanın ərazi suverenliyini pozmaq niyyətini açıq şəkildə nümayiş etdirir”, – Kamboca Müdafiə Nazirliyinin nümayəndəsi vurğulayıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More