ABŞ-də hücum nəticəsində 11 nəfər yaralanıb

Şənbə günü ABŞ-nin Travers-siti (Miçiqan) şəhərində “Walmart” supermarketində naməlum şəxsin bıçaqla hücumu nəticəsində azı 11 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Ştat polisi də öz növbəsində şübhəlinin saxlanıldığını bildirib. “Şübhəli şəxs həbsdədir, hadisənin təfərrüatları barədə məlumat hələ də məhduddur”, – yerli hüquq-mühafizə orqanları “X”də paylaşılan məlumatda bildiriblər.

Polis hadisə ilə bağlı araşdırma aparır. Hücumun motivləri və zərərçəkənlərin səhhəti barədə hələ məlumat verilmir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More