WP: Pentaqon rəhbərinə məlumat sızıntılarını araşdırmaq üçün poliqrafdan istifadə qadağan edilib

ABŞ-nin müdafiə naziri Pit Heqset Pentaqondakı yaxın çevrəsindən mediaya məlumat sızdıran insanları axtarmaq üçün poliqrafdan istifadə edib, lakin Vaşinqton administrasiyasının nümayəndələrinin əmri ilə bu təcrübəni dayandırmalı olub.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” mənbələrə istinadən yazır.

“Müdafiə naziri Pit Heqsetin mediaya məlumat sızdıran insanları tapmaq üçün poliqrafiya testlərindən istifadə etməsi Ağ Evin əmri ilə dayandırılıb”, – qəzet yazır.

Mənbələrinin bildirdiyinə görə, 2025-ci ilin aprelində Heqsetin komandası Pentaqon rəhbərinin yaxın ətrafı arasında poliqrafiya testləri keçirməyə başlayıb. Nəşrin mənbələrinə görə, müdafiə nazirinin müşaviri Patrik Uiver Ağ Ev nümayəndələrinə onun tezliklə müvafiq sınaqdan keçməli olacağı ilə bağlı narahatlığını bildirib. Bundan sonra Pentaqonla “administrasiyaya yaxın bir şəxs” əlaqə saxlasa da, onun adı və vəzifəsi açıqlanmayıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More