Vuçiç: Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək

Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətində deyil və respublika vətəndaşları tərəfindən dəstəklənən müstəqil və prinsipial xarici siyasətini davam etdirəcək.

“Report” xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

Onun sözlərinə görə, rəsmi Belqrad müstəqil siyasət yürüdəcək:

“Nazir Staroviç özünü bir az fərqli ifadə edib. Baxmayaraq ki, təbii ki, ehtiyatsız danışıb. Təəssüf edirəm ki, Rusiya mediasındakı bəzi dostlarımız səbirsizliklə Serbiyanı qınamaq üçün fürsət gözləyirlər. Təəssüf ki, bizim daxili siyasi səhnədə Serbiyanı müdafiə etməkdənsə, rusları müdafiə etməyə tələsmək istəyən bir çox insanımız var.

Mən onların hamısını məyus etməliyəm. Serbiya Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyəcək. Biz öz siyasətimizi aparırıq və bu, bizim nəyisə bəyənib-bəyənmədiyimizə, bu və ya digər məqamda bizim üçün əlverişli olub-olmamasına deyil, prinsiplərə əsaslanır.

Biz prinsipial olan və indiyə qədər öz düzgünlüyünü sübut etmiş siyasətimizi bundan sonra da davam etdirəcəyik. Bu siyasət istər Qərbdə, istər Şərqdə heç kimin xoşuna gəlmədi, lakin Serbiya vətəndaşları bunu dəstəkləyir, çünki bu, müstəqil və suveren dövlətin siyasətidir”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More