Ermənistanda yeni yaradılacaq siyasi qüvvəyə rusiyalı biznesmen başçılıq edəcək

Peşəkarlardan ibarət yeni yaradılacaq siyasi qüvvəyə əvvəllər İrəvanda həbs olunmuş rusiyalı biznesmen Samvel Karapetyan başçılıq edəcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu onun qardaşı oğlu Narek Karapetyan deyib.

O xatırladıb ki, Ermənistan konstitusiyasına əsasən, seçkinin nəticələri ilə seçilən hakim siyasi qüvvə ölkənin baş nazirini təklif edir və seçir:

“Baş nazirin ona tapşırılan funksiyaları layiqincə yerinə yetirmədiyi təqdirdə yenidən seçilmək imkanının olması çox vacibdir. Siyasi komandamızın rəhbəri Samvel Karapetyan olacaq və biz onun himayəsi ilə irəliləyəcəyik. O, xarici siyasəti, iqtisadi, sosial vektoru müəyyən edəcək. Komanda peşəkarlardan ibarət olacaq”.

Xatırladaq ki, iyunun 18-də Ermənistan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları “Taşir” şirkətlər qrupunun prezidenti və təsisçisi Samvel Karapetyanı saxlayıblar. Hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunan Samvel iki ay müddətinə həbs edilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More