ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Malayziyada Kamboca və Tailand arasında atəşkəs üzrə yüksək səviyyəli danışıqlar tezliklə başlayacaq.
“Report”un “RİA Novosti”yə istinadən məlumatına görə, o, bu barədə X sosial şəbəkəsində yazıb.
“Kamboca və Tailand dərhal atəşkəsə nail olmaq ümidi ilə tezliklə Malayziyada yüksək səviyyəli danışıqlara başlayacaqlar”, – məlumatda deyilir.
Rubionun sözlərinə görə, ABŞ Dövlət Departamentinin əməkdaşları artıq danışıqlara kömək etmək üçün Malayziyadadırlar.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.