Rusiya Kiyevə zərbə endirib, xəsarət alanlar var

Rusiya Hərbi Hava Qüvvələrinin (HHQ) Kiyevə gecə saatlarında hava hücumu nəticəsində 8 nəfər, o cümlədən bir uşaq yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Onların məlumatına görə, Rusiya bu gecə Ukraynaya “Shahed” tipli zərbə PUA-ları və raketlər buraxıb.

Kiyevdə hava hücumu zamanı çoxmərtəbəli yaşayış binasının pəncərələri zədələnib. Yaralananlar qəlpə yaraları alıblar.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More