Ekstremist fəaliyyətə görə beynəlxalq axtarışda verilənTacikistan vətəndaşı ölkəsinə təhvil verilib

Beynəlxalq axtarışda olan Tacikistan Respublikasının vətəndaşı ölkəsinə təhvil verilib.

Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Tacikistanda ekstremist fəaliyyətlə məşğul olan qadağan edilmiş təşkilatın fəaliyyətində iştirak etməkdə təqsirləndirilərək, dövlətlərarası axtarışa verilmiş 1999-cu il təvəllüdlü Tacikistan Respublikasının vətəndaşı Mirzoyev Saddam Romişoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

S.R.Mirzoyev cari ilin mart ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More