Türkiyədə ağır yol qəzasında 13 nəfər xəsarət alıb

Türkiyənin Giresun şəhərində sərnişin avtobusunun avtomobillə toqquşması nəticəsində 13 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, hadisə Güce rayonunda, Qaradəniz sahil yolunda qeydə alınıb.

Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub,

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More