Ukrayna Latviyadan pilotsuz təyyarələr və “Patria 6×6” zirehli transportyorlarının ilk partiyasını alıb. Kiyevə ümumilikdə 42 belə maşın gətirilməlidir.
“Report”un xəbərinə görə, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal Teleqram kanalında məlumat verib.
“Mən Latviyaya müdafiə qabiliyyətinin gücləndirilməsinə verdiyi töhfəyə, xüsusən müdafiə qüvvələri üçün PUA-ların təhvil verilməsinə və bu yaxınlarda 42 ədəd “Patria 6×6” zirehli transportyorun verilməsinə dair qərara görə təşəkkür etdim. Birinci partiya artıq Ukraynaya çatdırılıb”, – o qeyd edib.
Şmıqal Latviyanın müdafiə naziri Andris Spruds ilə söhbətində Ukrayna üçün pilotsuz təyyarələrin birgə istehsalını da müzakirə edib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.