Almaniyanın şərqində hərbi helikopter qəzaya uğrayıb

Almaniyanın şərqində hərbi helikopter qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə “Bild” qəzeti güc strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə Saksoniya federal torpağında Grimma şəhəri yaxınlığında baş verib. Şahidlərin məlumatına görə, helikopterin qalıqları Mulde çayında aşkar edilib.

Hazırda hadisə yerində polis və xilasedicilər işləyir, pilotun axtarışları aparılır.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More