İsmayıllı rayonunda çayda batan şəxsin meyiti tapılıb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir, 26 yaşlı Qurbanov Faiq Qurban oğlunun meyiti FHN-nin əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
İsmayıllıda 26 yaşlı şəxs çayda batıb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Göyçay çayının rayonun Gideyli kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü rayonun Qalacıq kənd sakini Qurbanov Faiq Qurban oğlu çayda çimmək istəyərkən qəfildən suda batıb.
Əraziyə FHN-nin əməkdaşları cəlb olunub, axtarışlar davam edir.
Mənbə: Report.Az
Comments are closed.