UEFA Konfrans Liqası: “Araz-Naxçıvan” Yunanıstan klubu ilə matçda hesabda irəli çıxıb – YENİLƏNİB

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində “Araz-Naxçıvan” – “Aris” (Yunanıstan) matçında hesab açılıb.

“Report”un məlumatına görə, Naxçıvan klubunun heyətində Çarles Boli 11-ci dəqiqədə fərqlənib.

Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

22:14

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində “Aris” (Yunanıstan) – “Araz-Naxçıvan” matçına start verilib.

“Report”un məlumatına görə, matç Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

Qarşılaşmanı şotlandiyalı referi Devid Dikinson idarə edir. Tərəflər arasında ilk görüşdə Naxçıvan təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More