Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişib.
“Report” xəbər verir ki, Azərbaycan bu dəfə Rusiyanı qabaqlayıb.
Azərbaycan klubları avrokubok oyunlarındakı nəticələrə əsasən UEFA-nın yenilənmiş əmsal cədvəlində bir pillə irəliləyərək 28-ci sıraya qalxıblar.
İyulun sonunda UEFA əmsal cədvəlində Sloveniya və Ukrayna Rusiyanı qabaqlayıb.
Qeyd edək ki, UEFA reytinqinə İngiltərə başçılıq edir. Siyahıda ikinci yerdə İtaliya qərarlaşıb. İlk üçlüyü İspaniya qapayır.
Mənbə: Report.Az
Comments are closed.