Arif Babayev kimi sənətkarlar yüz ildən bir gəlir.
“Report” xəbər verir ki, bu sözləri Xalq artisti Arif Babayevin vəfatı ilə əlaqədar jurnalistlərə açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib.
O, A.Babayevin vəfatını Azərbaycan mədəniyyəti üçün ağır itki adlandırıb:
“Onun Azərbaycan musiqisinə xidməti əvəzsizdir. Yüzlərlə istedadlı xanəndə yetişdirib. Həmişə gənclərə dəstək olub. Nə qədər Azərbaycan xalqı var, Arif Babayev unudulmayacaq”.
Mənbə: Report.Az
Comments are closed.