Arif Babayev həyatda olanda biz hamımız qollu-qanadlı idik.
“Report” xəbər verir ki, bunu Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı jurnalistlərə açıqlamasında Bakı Musiqi Akademiyasının (BMA) dirijorluq kafedrasının professoru, Xalq artisti Yalçın Adıgözəlov deyib.
“Azərbaycan mədəniyyəti üçün kədərli gündür. O, Azərbaycan muğam ifaçılığının, Qarabağ muğam məktəbinin görkəmli nümayəndəsi, sənətdə böyük bir meyar idi”, – Xalq artisti əlavə edib.
Y.Adıgözəlov mərhum sənətkarın yolunun layiqincə davam etdiriləcəyinə inandığını bildirib.
Mənbə: Report.Az
Comments are closed.