“Çelsi” futbolçusunu icarəyə verib

İngiltərə təmsilçisi “Çelsi” futbolçusu Mamadu Sarrı Fransanın “Strasburq” komandasına icarəyə verib.

“Report” “zadəganlar”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, 19 yaşlı mərkəz müdafiəçisi 2025/2026 mövsümünün sonuna qədər Liqa 1 təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, M.Sarr 2 ay əvvəl məhz “Strasburq”dan “Çelsi”yə transfer olunub. London klubu onunla 2033-cü ilə qədər müqavilə bağlayıb.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More