Gələn il üçün nəzərdə tutulan büdcə kəsiri açıqlandı

Azərbaycan 2026-ci ildə dövlət büdcəsinin 3 milyard 125,6 milyon manat proqnozlaşdırılan kəsirini əsasən borclanma hesabına maliyyələşdirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2026-cı ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında yer alıb.

Məlumata görə, borclanma 2 milyard 600,6 milyon manat nəzərdə tutulur ki, bu da kəsirin 83,2 %-ni təşkil edəcək.

Eyni zamanda kəsirin 400.0 milyon manatının (12,8 faiz) vahid xəzinə hesabının qalığı və 125.0 milyon manatının (4,0 faiz) özəlləşmədən daxilolmalar hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More