Müdafiə və milli təhlükəsizlik xərcləri 300 milyon manatdan çox artırılır

2026-cı il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 8 milyard 714,8 milyon manat ayrılması proqnozlaşdırılır.

“Qafqazinfo” xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2026-cı ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında yer alıb.

Belə ki, müdafiə və milli təhlükəsizlik üzrə xərclərin büdcədə xüsusi çəkisi 21 faiz olacaq.

Müdafiə və milli təhlükəsizlik üzrə xərcləri 2025-ci illə (8 396 297 596,0 manat) müqayisədə 318,5 milyon manat çox olacaq.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More