“Az komplektləşdirilmiş, şagird sayı az olan məktəbləri qonşu kəndlərə daşımaqla təhsilin keyfiyyətini yaxşılaşdırmağa çalışırıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” proqramında deyib.
Nazir hazırda ölkədə fəaliyyət göstərən məcburi köçkün məktəbləri haqqında da danışıb: “Növbəti illərdə Böyük Qayıdış proqramı çərçivəsində torpaqlarına qayıdan məcburi köçkünlər üçün 2 eyni məktəb fəaliyyət göstərə bilməz. Artıq torpaqlarımız işğaldan azad olunduğuna görə təbii ki Azərbaycanda məcburi köçkün məktəbləri olmayacaq, olmamalıdır. Həmin məktəblər ya bağlanacaq, ya da yerli məktəblərlə əvəzlənəcək”.
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.