Bakıda çalışanların orta aylıq əməkhaqqı açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin yanvar-iyun aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artıb.
Hazırda paytaxtda çalışanların orta aylıq maaşı 1375,4 manat təşkil edir.
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.