FES illik faiz dərəcəsini 4-4,25%-ə endirdi

Amerika Birləşmiş Ştatlarının mərkəzi bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi 16-17 sentyabr tarixlərində keçirdiyi iki günlük iclasdan sonra əsas faiz dərəcəsini 25 baza bəndi azaldaraq illik 4-4,25%-ə endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə tənzimləyicinin press-relizində deyilir.

Bundan əvvəl ABŞ Federal Ehtiyat Sistemi illik 4,25-4,5% səviyyəsində beş ardıcıl iclasda uçot dərəcəsini dəyişməyərək saxlamışdı.

Federal Ehtiyat Sistemi maksimum məşğulluğu qoruyarkən inflyasiyanı 2%-ə qaytarmaq öhdəliyini bir daha təsdiqləyib.

Qeyd edək ki, FES-in növbəti iclası oktyabrın 28-29-na planlaşdırılıb.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More