ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Trampın Britaniyaya səfəri çərçivəsində Vindzor qəsrində qonaqların şərəfinə ziyafət təşkil edilib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ziyafətdə həmçinin Uels şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Middleton, eləcə də kral ailəsinin digər üzvləri iştirak ediblər.
Tədbir bir neçə maraqlı anla yadda qalıb. Bunlardan biri də Britaniya Kralı III Çarlzın həyat yoldaşı, Kraliça Kamillanın ziyafətə göy, ABŞ-nin birinci xanımı Melaniyanın isə sarı rəngdə libasla qatılması olub.
Belə ki, sosial şəbəkələrdə onların geyimlərinin rənginin Ukrayna bayrağını xatırlatdığı qeyd edilib və müzakirələrə səbəb olub. Bəziləri Kraliça və ABŞ-nin birinci xanımının libaslarının məhz bu rəngdə olmasının təsadüf olmadığını və Ukraynaya dəstək ifadə etdiyini vurğulayıb.
Bununla belə, məsələ ilə bağlı rəsmi şərh verilməyib.
Ziyafət zamanı çəkilən maraqlı görüntüləri təqdim edirik:








Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.