“Qarabağ”ın futbolçusu Marko Yankoviç 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Bunu “Qafqazinfo”ya açıqlamasında klubun Mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib.
O bildirib ki, müayinələrdən sonra futbolçuda əzələ gərilməsi akarlanıb. Müalicə üçün 6 həftə vaxt lazım olacaq.
Qeyd edək ki, “Qarabağ”ın monteneqrolu yarımmüdafiəçisi “Benfika” ilə oyunda zədələnərək meydanı tərk etmişdi.
Elsevər Məmmədov
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.