Xaçmazda peşə məktəbində tələbəyə xəsarət yetirilib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzində baş verib.
Belə ki, mübahisə zəminində baş vermiş hadisə nəticəsində rayonun Yalama kənd sakini 2008-ci il təvəllüdlü E.Ş-yə qayçı ilə xəsarətlər yetirilib. O, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və tibbi yardımdan sonra evə buraxılıb.
***
Polisin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü E.M. saxlanılıb.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 11:00 radələrində 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona döş qəfəsinin ön səthinin, bel və sağ sağrı nahiyyəsinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları, bədənin çoxsaylı sıyrılmış yaraları diaqnozu təyin olunub.
Xəsarət alan şəxsin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.
Mübariz Muradov
Mənbə: Qafqazinfo.Az
Comments are closed.