Qubada qadın bıçaqlandı – Şübhəli qardaşıdır

Qubada bıçaqlanma hadisəsi olub.

“Qafqazinfo”nun məlumatına görə, insident rayonun Xucbala kəndində baş verib.

Əslən Laçın rayonundan olan Ş.Kərimova kəsilmiş-deşilmiş xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Onu qardaşı M.Məhərrəmovun bıçaqlamasına əsaslı şübhələr müəyyən edilib. Həmin şəxs hadisədən sonra qaçaraq uzaqlaşıb.

Məlumata görə, hadisəyə kənd sakini E.Salıyevin Sumqayıt şəhərində yaşayan Ş.Kərimovanı qaçırması səbəb olub. Bildirilir ki, qadının qohumları onun yerini öyrənərək kəndə gəlib və yaranan mübahisə zamanı Ş.Kərimovanın qardaşı bacısına bıçaqla ağır xəsarətlər yetirib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mübariz Muradov

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More